Əsrin tibbi ixtiraları
  • Məqalələr
  • 10.08.2024, 23:08
  • Alo, Həkim

Əsrin tibbi ixtiraları

Yaşadığımız əsrin əvvəllərindən başlayaraq tibb sahəsində bir sıra ixtiralar meydana çıxmış oldu. Bu ixtiralara XX əsrin sonlarında fantastik romanlarda rast gəlinirdi, pasiyentlər isə bunlar haqda yalnız arzulaya bilərdi. Belə böyük ixtiraların tamamlanması üçün təbii ki, uzun yol keçilməli, illərlə kliniki təc-rübələr aparılmalıdır.

 

Süni ürək “AbioCor”

2001-ci ilin iyul ayında Luisvillyadan (Kentukki) bir qrup cərrah pasiyentə yeni nəsl süni ürək implant etməyi bacardılar. “AbioCor” adlandırılan bu cihaz ürək çatışmamazlığından əziyyət çəkən bir insana implant edilmişdi. Oxşar cihaz əvvəllər də istifadə olunmasına baxmayaraq “AbioCor” öz sahəsində daha təkmil sayılır.

Əvvəlki versiyalarda pasiyent borucuqlar və naqillər vasitəsilə nəhəng konsoliyə birləşdirilirdi. Bu da insanın daim çarpayıya bağlı olduğunu göstərirdi. “AbioCor” isə tam müstəqil olaraq insanın daxilində qalır və ona xaricə çıxan heç bir borucuq və ya naqil birləşdirməyə ehtiyac qalmır.

Biosüni qaraciyər

Belə bir ciyərin yaranması məsələyə yeni yanaşma üçün doktor Kennet Matsumuranın ağlına gəlmişdir. Alim elə bir cihaz hazılamışdır ki, o heyvanlardan əldə edilmiş qaraciyər hüceyrələri ilə çalışır. Cihaz bioloji və süni materiallardan hazırlandığına görə, biosüni sayılır. 2001-ci ildə biosüni qaraciyər TİME jurnalının versiyasına görə, “İlin ixtirası” adlandırılmışdı.

Kameralı həb

Belə həblər vasitəsilə xərçəngi lap erkən mərhələdə diaqnoz eləmək mümkündür. Cihaz məhdud sahələrdən rəngli şəkilləri əldə etmək üçün yaradılmışdır. Kamera-həb qida borusu xərçəngini fiksasiya edə bilir. Onun ölçüsü təqribən normal insanın dırnağının eni qədər və boyu isə bundan iki dəfə uzundur.

Bionik kontakt linzalar

Belə linzanı Vaşinqton universitetinin tədqiqatçıları işləyib hazırlamışlar. Onlar elastik kontakt linzaları çap edilmiş elektron sxemlə birləşdirməyi bacarmışlar. Bu ixtira istifadəçiyə kompyuterləşdirilmiş şəkillərin üstünə öz görməsini də əlavə etməklə dünyanı görməyə kömək edir. İxtiraçıların sözlərinə görə, bionik kontakt linzalar sürücülərə və pilotlara marşrutu göstərə, digər nəqliyyat vasitələri və hava haqqında məlumatları çatdıra bilər. Bundan əlavə, bu kontakt linzalar insanın xolesterol səviyyəsi, bakteriya və virusların olması kimi fiziki göstəricilərini izləyə bilər. Yığılmış məlumatlar naqilsiz ötürücünün köməkliyi ilə kompyuterə göndərilə bilər.

Bionik əl

Devid Qlou tərəfindən 2007-ci ildə yaradılmış bionik əl – iLIMB beş mexanikləşdirilmiş barmaqlarla olan ilk süni əl idi. Cihaz istifadəçiləri müxtəlif formalı əşyaları, məsələn, fincanın qulpundan əllə götürə bilər. iLIMB 3 ayrı-ayrı hissədən ibarətdir: 4 barmaq, böyük barmaq və ovuc. Parçaların hər biri öz idarəetmə sisteminə malikdir.

Cərrahi əməliyyat zamanı köməkçi-robotlar

Cərrahlar artıq bir neçə müddətdir ki, robotlaşdırılmış əllərdən istifadə edirdilər. Lakin indi elə bir robot ixtira edilmişdir ki, o özü müstəqil şəkildə cərrahi əməliyyat aparır. Düke Universitetinin bir qrup alimi artıq robotu testdən keçirmişlər. Onlar testi ölmüş hind quşuşunun (hind toyuğunun əti insan strukturu ilə oxşardır) üzərində aparmışlar. Robotların uğuru 93% olmaqla qiymətləndirilmişdir. Əlbəttə ki, müstəqil robot-cərrahlar haqda danışmaq hələ tezdir, lakin bu ixtira göstərilən istiqamətdə atılmış ciddi addımdır.

Fikirləri oxuyan cihaz

“Fikirləri oxuma” psixoloqlar tərəfindən üz ifadələri və ya baş hərəkətləri kimi şifahi olmayan işarələrin şüuraltı aşkarlanması və təhlili üçün istifadə edilən bir termindir. Belə siqnallar insanlara bir-birinin emosional vəziyyətini başa düşməkdə kömək edir. Bu ixtira MIT Medi Lab-ın üç aliminin əsəridir. Zehni oxuyan maşın istifadəçinin beyin siqnallarını skan edir və ünsiyyətdə olduğu şəxsləri xəbərdar edir. Cihaz autistlərlə işləmək üçün istifadə edilə bilər.

Elekta Axesse

Bu müasir cihaz xərçənglə mübarizə üçündür. O bədənin bütün hissələrindəki (onurğada, ağciyərlərdə, prostatda, qaraciyərdə və s.) şişləri müalicə etmək üçün yaradılmışdır. Cihaz özündə bir sıra funksional imkanları birləşdirir. O stereotaktik radiocərrahiyyə, stereotaktik radioterapiya, radiocərrahiyyə istehsal edə bilər. Müalicə zamanı həkimlər müalicə olunacaq ərazinin 3D görüntüsünü müşahidə etmək imkanı əldə edirlər.

Ekzoskelet eLEGS

Bu cihaz XXI əsrin ən təsiredici ixtiralarından biridir. İstifadəsi də çox orahat olduğundan pasiyentlər onu nəinki xəstəxanada hətta evdə də istifadə edə bilərlər. Cihaz ayaqüstə durmaq, gəzmək və hətta pilləkənləri çıxmaq qabiliyyətinə malikdir. Ekzoskelet boyu 157sm-dən 193 sm-ə qədər, 100 kq çəkiyə kimi olan insanlar üçün yararlıdır.

Göz yazan

Bu cihaz yataq xəstəsi olan insanlara ünsiyyət qurmağa kömək etmək üçün nəzərdə tutulub. “Eyepiece Ebeling Group, Not Impossible Foundation” və “Graffiti Research Lab” tədqiqatçılarının birgə yaradıcılığıdır. Texnologiya açıq mənbə proqram təminatı ilə işləyən ucuz göz izləmə eynəklərinə əsaslanır. Bu eynəklər sinir-əzələ sindromundan əziyyət çəkən insanlara göz hərəkətini çəkmək və onu displeydə xətlərə çevirməklə ekranda şəkil çəkmək və ya yazmaqla ünsiyyət qurmaq imkanı verir.