Fariz Hüseynov

Fariz Hüseynov

Ümumi cərrahiyyə uzmanı

Təhsili:

2004-2010: Azərbaycan Tibb Universiteti - Müalicə-profilaktika fakültəsi
2010-2011: İnternatura/ Azərbaycan.
İşlədiyi yerlər:
2014-2020: "Ankara Yıldırım Beyazıt" Univer-siteti, Ankara Atatürk Təhsil Araşdırma Xəs-təxanası, Ankara Şəhər Xəstəxanası: Ümumi cərrahiyyə kafedrasının assistenti
2020 - sentyabr-dekabr: Tekirdağ İrmet Özəl Xəstəxanası.


İcra etdiyi əməliyyatlar:

Total tiroidektomiya (Zob əməliyyatı) (ikitərəfli və ya tək tərəfli);
Mərkəzi və Lateral loyun boyun limfa düyünlərinin regional rezeksiyası - Boyun Diseksiyası;
Böyrəküstü vəzi adenomaları əməliyyatları (laparoskopik və açıq);
Paratiroid vəzinin çıxarılması - Paratiroidektomiya;
Dalağın çıxarılması - Splenektomiya (laparoskopik və açıq / qan xəstəliklərində); 
Qaraciyər və öd yolları əməliyyatları (onkoloji prinsiplərlə);
Mədəaltı vəzi əməliyyatları - Pankreas cərrahiyyəsi (onkoloji prinsiplərlə);
Yemək borusu əməliyyatları - Özofagus cərrahiyyəsi (onkoloji prinsiplərlə);
Nazik, yoğun və düz bağırsaq-rezeksiyası və anastomozları (açıq və qapalı /onkoloji prinsiplərlə); 
Açıq və qapalı yırtıq əməliyyatları (TAPP və TEP);
Qarın divarı - Göbək yırtığı, əməliyyat sonrası yırtıq təmiri;
Xolesistektomiya - Öd kisəsi əməliyyatı (açıq və qapalı);
Mədənin tam rezeksiyası (onkoloji prinsiplərlə) Total qastrektomiya;
Mədənin Stromal törəmələrinin cərrahiyyəsi GİST əməliyyatları (laparoskopik və açıq);
Mədə xorası və deşilməsi əməliyyatı;
Metabolik cərrahiyyə;
- Sleeve Qastrektomiya
- Roux-Y gastrik By-pass
- Biliopankreatik Diversiyon
Mədəyə botox;
Mədəyə balon yerləşdirilməsi.