Qəhvə və gözəllik
  • Məqalələr
  • 26.08.2024, 12:15
  • Alo, Həkim

Qəhvə və gözəllik

Qəhvənin unudulmaz ətri və dadı onu sevimli bir içki kimi tanıtmışdır. O insanı cavanlaşdırır və gümrahlaşdırır. Yəqin ki, dərinin daha gözəl olması üçün hazırlanan maskaların tərkibinə qəhvə də qatsanız daha yaxşı olar. 

Son vaxtlar dərinin qidalandırılması üzrə çalışan mütəxəssislər bunu belə vurğulayırlar.

Qəhvə dəriyə nə kimi fayda verə bilər?

Onun tərkibinə təkcə kofein yox, digər faydalı maddələr də daxildir: meyvə və orqanik turşular, yağlar, alkaoidlər, minerallar, dəmir, maqnezium və kalium.

Qəhvə yağı dərinin lipid həddinin formalaşmasında az rol oynamayan linol turşuları ilə zəngindir. Linol turşusu dərinin elastikliyini artırır, qocalmasının qarşısını alır, soyuqdəymə əleyhinə mübarizə aparır və fotomüdafiə xassələrinə malikdir.

Amma yenə də çoxlarımız üçün qəhvə elə kofeindir. Kofein dərini canlandırır, qanın mikrosirkulyasiyasını yaxşılaşdırır, orqanizmdə bir çox fizioloji və biokimyəvi prosesləri stimullaşdırır. Ona görə də, siz arıqlamaq üçün onun tərkibində bir çox sellülit əleyhinə krem və gellər tapa bilərsiniz.

Qəhvə lasionları

Təravətləndirici - tünd dəmlənmiş qəhvəni buz üçün nəzərdə tutulmuş formalı qablara süzün. Donmuş qəhvəni buzla səhər və axşamlar dəriyə çəkin. Bu vasitə dəri üçün təravətləndirici və canlandırıcıdır. Bir müddət siz möhkəm qəhvə ətri hiss edəcəksiniz.

Canlandırıcı – hər gün su ilə yuyunma əvəzinə təzə dəmlənmiş qəhvədə isladılmış pambıq tamponla dərinizi silin. Bu lasion dərini əla canlandırır və qocalmış, rəngi solmuş dəri üçün əlverişlidir. Yeri gəl-mişkən, bu üsulla dəriyə qara rəng çaları da vermək olar.

Üz dərisini külək və soyuq havadan qorumaq üçün

Soyuq mövsümün başlaması ilə əlaqədar bu problem çoxlarını narahat edir. Mütəxəssislərin hazırladığı xüsusi vasitə üzün qızarmasını azaldır və bu kimi narahatlıqları aradan qaldırır.

Antioksidantlar, kofein, saxaroza kimi maddələr dərini sakitləşdirir və qıcıqlanmanın qarşısını alır.

Kremi gün ərzində iki dəfə olmaqla göz nahiyəsindən başqa üzün bütün hissələrinə çəkmək lazımdır.

Qırış üçün maskalar

1 x/qaşığı çovdar ununu tünd, soyumuş qəhvə ilə xama qatılığı alana kimi qarışdırın və bir ədəd yumurta sarısı əlavə edin. Dəriyə çəkin və 15 dəqiqədən sonra isti su ilə yuyun.