25.04.2025, 00:11
GəyirməBel ağrısı
Xarici ölkələrdə, təcili yardıma gedənlərindən bir çoxusu bel ağrısı səbəbindəndir. Xroniki bel ağrısı ümumiyyətlə xroniki ağrılar arasında geniş yer tutur.
Dünyada hər il bel ağrısının müalicəsinə təxminən 200 milyard dollar xərclənir. Səbəblər xəstə popul-yasiyasından asılı olaraq fərqlənir, lakin ən çox mexaniki və ya qeyri-spesifik olur.
İltihabi pozğunluqlar, bədxassəli şişlər, hamiləlik, travma, osteoporoz, sinir köklərinin sıxılması, sinir köklərinin zədələnməsi, degenerativ disk xəstəliyi, disk yırtığı, onurğa kanalında darlıq, oma-qalça oynağının funksyasının pozulması, faset oynaqlarının zədələnməsi və infeksiyalar ola bilər. Bel ağrısı önəmli dərəcədə əlilliyə səbəb ola bilər. Bunun olmaması üçün vaxtında həkimə müraciət edilməli, ara həkim və ya heç orta məktəbi belə bitirməmiş birinə getməmək, camaat arasında son zamanlarda yayılan belə “qır yapışdıranlardan” uzaq durmaq və ya qonşu görəsən nə müalicəsi alır? hansı dərmanı içir? onu etsəm yaxşı olarmı? fikrindən uzaq qalınmalıdır. Əks təqdirdə gecikmiş halda həkim-mü-təxəssisə müraciət etməklə, qoyulan diaqnozla müalicəniz ya çətin, ya da effektsiz ola bilər
Nə vaxtı təcili olaraq həkimə müraciət olunmalıdır? Əgər aşağıdakılar varsa vücudunuz həyəcan təbili çalır.
“Cauda equina” sindromu dediyimiz vəziyyətə aşağıdakı əlamətlər daxildir:
- Ayaqların şiddətli və ya proqressivləşən ikitərəfli əzələ zəifliyi
- Yeni başlayan sidik ifraz edə bilməmək/yaxud sidik tutmama
- Yeni başlayan nəcis tuta biləmək
- Anus ətrafında və ya perineal hissiyat itkisi (yəhər anesteziyası)
Onurğa sütunu sınığında aşağıdakılar daxildir:
- Uzanmaqla keçən kəskin onurğa ağrısının qəfil baş-lanması
- Böyük travma (məsələn, yol-nəqliyyat toqquşması və ya hündürlükdən düşmə), osteoporozlu insanlarda və ya steroidlərdən istifadə edənlərdə kiçik travmadan sonra ola bilər.
Xərçəng üçün aşağıdakılar daxildir:
- Yaşı 50 və ya yuxarı
- Simptomların tədricən baş-laması
- Şəxs uzanarkən şiddətli aramsız ağrı, yuxuya mane olan və ya narahat edən ağrılı gecə ağrısı, gərginlik nəticəsində şiddətlənən ağrı (məsələn, öskürmə və ya asqırma)
- Lokallaşmış onurğa həssaslığı
- Dörd-altı həftəlik bel ağrısı terapiyasından sonra simptomatik yaxşılaşma olmaması
- Səbəbsiz çəki azalması
- Anamnezində xərçəng xəstəliyi: döş, ağciyər, mədə-bağırsaq, prostat, böyrək və qalxanabənzər vəzi xərçəngi onurğaya metastaz etmə ehtimalı daha yüksəkdir.
Onurğa infeksiyaları üçün (məsələn, diskin iltihabı, onurğa beyni qişasının absesi) daxildir:
- Hərarətin artması
- Vərəm və ya son sidik yollarının infeksiyasının olması
- Diabet
- Anamnezində venadaxili iynə müalicəsi
- QİÇS infeksiyası, immun sistemi zəiflədən dərmanların istifadəsi və ya başqa bir şəkildə immun çatışmazlığı olan şəxs.
Bel ağrısı müalicəsində dərmanlar, müxtəlif terapiya üsulları istifadə olunur. Təəssüf ki, bütün bel ağrıları dərman, fizioterapiya ilə həll edilmir. Kəskin zədədən sonra bel ağrısı altı həftədən çox davam edərsə, mümkün disk yırtığını və ya onurğa stenozunu müəyyən etməyə kömək etmək üçün tora-kolumbar onurğanın MRT-si lazım ola bilər. MRT və gərəkirsə digər tətkiklərlə və müayinələrlə diaqno-zumuzu dəqiqləşdirdikdən sonra
Bel ağrısında ağrı həkimləri tərəfindən icra olunan invaziv müalicələrə aşağıdakılar daxildir:
Kortikosteroid inyeksiyaları, radiotezliklə müalicə, disk içi proseduralar, epidural kateterlər, onurğa beyni stimulyatorları.